Soçi görüşü:   “Paşinyanın başqa çıxış yolu qalmır”

saytların hazırlanması

Evə çatdırılma

Soçi görüşü: “Paşinyanın başqa çıxış yolu qalmır”

Siyasət

31 Oktyabr 2022 12:53 3064


“Valday” Forumunda Putin bildirdi ki, əgər Ermənistan Qarabağın Azərbaycanın tərkibində qalmasıyla bağlı sülh sazişinin Vaşinqton variantını imzalamaq istəyirsə, buyursun, imzalasın”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov deyib.

O, Ermənistan Baş nazirinin “Ermənistan Rusiyanın təklifləri əsasında Azərbaycanla münasibətlərin qurulması üzərində işləməyə hazırdır” açıqlamasına münasibət bildirib: Marqarita pizza

“Bu, faktiki o deməkdir ki, Rusiyanın variantı Qarabağın Azərbaycanın tərkibində qalmasını özündə ehtiva etmir və bu gün ortada olan sülh sazişi layihəsi ABŞ-ın variantıdır. 

44 günlük müharibə dövründə Putin dəfələrlə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması haqqında bəyanatlarla çıxış etmişdi. Amma Rusiyaya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanması sərf etmir. Çünki bu, Cənubi Qafqazdaı mövqelərini itirməyə bərabərdir. Rusiya düşünür ki, bu gün sülh sazişi imzalanarsa, bu, sülhməramlı qüvvələrin Azərbaycan ərazisindən  çıxarılması ilə yanaşı, Ermənistan ərazisində olan Rusiya hərbi bazasının da çıxarılması məsələsini gündəmə gətirə bilər. Ona görə də indiki mərhələdə, xüsusən də başı Ukraynadakı müharibəyə qarışan Rusiya üçün bu sazişin imzalanması maraqlı deyil”.

Oktyarbın 31-də keçirilməsi planlaşdırılan Soçi görüşünə toxunan AMİP funksioneri əlavə edib:

“Soçi görüşündə müsbət məqamların olacağını gözləmirəm. Paşinyan başqa cür bəyanat vermək gücündə deyil. O çalışır ki, Ermənistanı Rusiyanın for-postluğundan çıxarsın, amma nəticə etibarilə, Ermənistan təkcə hərbi cəhətdən deyil, sərhədlərin qorunması, ticari əlaqələr, enerji resursları və nəqliyyat baxımından tamamilə Rusiyadan asılıdır. Bu gün Qərb Ermənistana alternativ təklif edə bilmədiyi üçün Paşinyanın başqa çıxış yolu qalmır”.

Müsahibimizin sözlərinə görə, Paşinyan yaxşı başa düşür ki, Putinin “Valday” bəyanatı Ermənistanda anti-Paşinyan ovqatının yaranmasına gətirib çıxaracaq:

“Başqa sözlə, Putin Ermənistan əhalisinə mesaj verdi ki, mən Qarabağın statusu məsələsini gündəmdə saxlamağın tərəfdarıyam, lakin Paşinyan ABŞ-ın təsiriylə məsələyə birdəfəlik nöqtə qoymaq istəyir. Bu da faktiki olaraq, əhalini Paşinyanın üstünə qaldırmağa bərabərdir. Ona görə də Paşinyan Rusiyanın təklif etdiyi formada sülh sazişinə razıdır.

Əgər Rusiyanın təklif etdiyi forma Azərbaycanın suverenliyini və Qarabağın Azərbaycanın tərkib hissəsində olmasını özündə ehtiva edirsə, təbii ki, biz də buna razıyıq. Amma Moskvanın təklifində Qarabağa dair hər hansı ayrıca bir statusun verilməsi, yaxud da imzalanan sülh sazişindən tamam ayrı tutularaq, bu məsələnin gələcək müzakirələrə saxlanılması ilə bağlı hər hansı bir bənd orada olacaqsa, təbii ki, biz də bunun əleyhinə olacağıq”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!