“Soçi görüşündən müsbət qərarlar çıxmasa, Laçın yolu bağlanmalıdır”

saytların hazırlanması

Evə çatdırılma

“Soçi görüşündən müsbət qərarlar çıxmasa, Laçın yolu bağlanmalıdır”

Siyasət

30 Oktyabr 2022 23:30 1115


Xankəndində baş tutan mitinqə Ermənistandan avtobuslarla adamlar daşıyıblar, burası aydındır, mesaj da aydındır ki, güya demokratikdirlər, onlar vətəndaşların ən təməl hüquqlarından biri olan sərbəst toplaşma hüququnu belə tanınmayan Azərbaycanla birgə olmaq istəmirlərlər - amma iki məsələ də mənə tam aydındır:

1) Ermənilərin davası demokratiya deyil, ərazi iddiası və terrorizmdir, sadəcə indi bunu demokratiya ilə pərdələmək istəyirlər. Demokratiyanın olmaması hansısa ölkənin ərazisini işğalda saxlamaq və separatizm üçün səbəb deyil, ola da bilməz,

2) O qədər adamı Ermənistandan daşıyan avtobusları "rusməramlılar" niyə ora buraxıblar - deməli, Rusiyanın da marağı elə bir mitinq təşkil etmək idi, orada dalğalanan Rusiya bayraqları da buna sübutdur. Soçi görüşündən öncə belə bir addımla təzyiq yaratmaq istəyirlər... Dominos pizza

Soçi görüşündən müsbət qərarlar çıxmasa əks addım kimi Laçın yolu bağlanmalıdır - Zəngəzur koridoru yoxdursa, Laçın koridoru da yoxdur, vəssalam...

/Natiq Cəfərli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!