“Soçi sammiti göstərdi ki, Rusiyanı oyundan çıxarmaq hələ tezdir“ -   Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Soçi sammiti göstərdi ki, Rusiyanı oyundan çıxarmaq hələ tezdir“ - Politoloq

Siyasət

02 Noyabr 2022 17:08 1455


"Soçi sammiti göstərdi ki, Rusiyanı hesabdan silmək hələ tezdir".

Yenisabah.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov bildirib.

O, "Bunin & Co Telegram" kanalında öz şərhində yazır: Dördpendirli pizza

“Oktyabrın sonuncu günü Soçidə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı üçtərəfli sammit keçirilib. Çətin danışıqların nəticələrini şərh edən Rusiya prezidenti Vladimir Putin bir neçə prinsipial əhəmiyyətli tezisləri qeyd edib. Lakin onlardan ikisini xüsusi qeyd etmək lazımdır.

Rusiya dövlət başçısının sözlərinə görə, İlham Əliyev və Nikol Paşinyanla görüş “faydalı” olub, çünki bu, bütövlükdə vəziyyətin nizamlanması istiqamətində gələcək addımlar üçün şərait yaradıb”.

Eyni zamanda, Putin Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin birgə bəyanatından “hər şeyin razılaşdırılmadığını, bəzi şeylərin əvvəllər mütəxəssislər səviyyəsində işlənmiş mətndən çıxarılmalı olduğunu” gizlətməyib. 

Soçi sammitinin nəticələrini necə qiymətləndirmək olar? Moskvanın Ermənistan-Azərbaycan nizamlanmasının baş moderatoru kimi qeyri-rəsmi statusunu bərpa etdiyini deyə bilərikmi?

Putin, Əliyev və Paşinyanın birgə bəyanatı İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra ardıcıl dördüncü bəyanatdır. Onların hər birinin özünəməxsusluğu var.

Birincisi, yeni hərbi-siyasi status-kvonun meydana gəlməsini qeyd edirdisə, ikincisi münaqişənin həllini müqəddəs məsələlərdən praqmatik müstəviyə keçirmək üçün regionun iqtisadi reabilitasiyası planını təklif etdi, üçüncüsü isə Moskvanın sülh prosesiində xüsusi rolunu gücləndirdi. 

Amma üçüncü sənədlə dördüncü sənəd arasında (31 oktyabr 2022-ci ildə Soçi sammitinin sonunda dərc olunub) bir ildən az vaxt keçib. Lakin bu müddət ərzində həm Qafqazda, həm də bütövlükdə postsovet məkanında çox şey dəyişib. “Minsk Qrupu” faktiki olaraq öz işini dayandırıb, Aİ vasitəçiliyini kəskin surətdə gücləndirib (keçən ilin dekabrından bu ilin avqustuna kimi, Avropa Siyasi Birliyinin Praqada keçirilən iclası nəzərə almasaq, Brüsseldə 4 sammit keçirildi) ). Amerikalılar da Avropa İttifaqından olan tərəfdaşlarından geri qalmayıblar. Hansısa məqamda belə görünürdü ki, Rusiya sülh prosesinin kənarına çəkilib və Moskvanın Ukraynada xüsusi hərbi əməliyyata cəlb olunması Qarabağı əsas olmayan diplomatik aktivə çevirib.

Belə təəssürat yaranıb ki, Brüssel və Vaşinqton Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanmasını öz əllərinə alıblar. Lakin Soçi sammiti göstərdi ki, Rusiyanı hesabdan silmək hələ tezdir. Kreml təşəbbüsü ələ keçirməyə çalışdı. 31 oktyabr 2022-ci il tarixli birgə bəyanatın mətnini Moskvanın mövqelərinin anlaşılması kontekstində qiymətləndirsək, onda “Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazidə təhlükəsizliyin təmin edilməsinə əsas töhfəsi” və “regionda vəziyyəti sabitləşdirmək üçün səy göstərməsi tələbi” çox bəlağətlidir. Eləcə də Rusiya Federasiyasının vasitəçiliyinin münaqişə tərəfləri tərəfindən tələb olunduğuna dair bəyanat. Bunda Bakı ilə İrəvan (ən azı rəsmi səviyyədə) artıq birliyə nail olublar.

Bəs bu o deməkdirmi ki, təşəbbüsün ələ keçirilməsi faktı danılmazdır? Əlbəttə, yox. Soçi danışıqlarının ertəsi günü Nikol Paşinyanın Tehrana səfəri də buna misaldır. Ermənistan risklərdən qorunmağa çalışır. Brüsseldə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın iclasına da az vaxt qalır. Artıq Aİ-dən və ATƏT nümayəndələrindən ibarət müşahidəçilər missiyası fəaliyyət göstərir.

Bu gün ötən illə müqayisədə Rusiya daha sərt rəqabət şəraitində fəaliyyət göstərir. Burada söhbət təkcə Qərbdən deyil, həm də Şərqdən gedir. Soçi danışıqlarından sonra onların nəticələrinin Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında söhbətin mövzusuna çevrilməsi də irəli sürülən tezisin lehinə xəbər verir. Rusiya üçün vəziyyət dünənkindən daha çətindir. Sabah isə bu çətinliklər heç yerdə aradan qalxmayacaq. Bununla belə, Moskva göstərdi ki, Qafqazdakı potensialı ilə hesablaşmaq lazımdır. Ukrayna tapmacası nə qədər mürəkkəb olsa da, Ermənistan və Azərbaycanın problemləri Rusiya üçün vacib olaraq qalır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!