Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüşdə Ermənistanda və bütövlükdə regionda dinc inkişaf erasının başlanması imkanının yarandığını söyləyib.
Paşinyanın sözlərinə görə, noyabrın 26-da Soçidə və dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdən sonra onda buna inam yaranıb:
“Qeyd eləmək istəyirəm ki, Soçidəki və Brüsseldəki görüşlərdən sonra ölkəmiz və regionumuz üçün dinc inkişaf erasına başlamaq üçün bizim addım-addım irəliləmək imkanımızın yarandığını görürəm. İstənilən halda Ermənistan Respublikasının hökuməti bu yolda irəliləmək üçün mümkün olan hər şeyi edəcəkdir”. Pepperoni pizza
Telegram kanalımız