“Soçidə müəyyən nəticələr əldə oluna bilər“ - YAP-çı deputat 

saytların hazırlanması

Evə çatdırılma

“Soçidə müəyyən nəticələr əldə oluna bilər“ - YAP-çı deputat 

Siyasət

31 Oktyabr 2022 17:27 942


"Mümkündür ki, artıq sülh müqaviləsi ilə bağlı müəyyən nəticələr əldə olunsun”. 

Bunu Bakupost.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Prezident İlham Əliyevin Soçi səfərini şərh edən millət vəkili zamanın sülh müqaviləsini imzalamağa tərəddüd edən Ermənistanın əleyhinə işlədiyini vurğulayıb: Pepperoni pizza

“Vətən müharibəsindən sonra yeni reallıq yaranıb və bu rellıq mehriban qonşuluğun, yoldaşlığım mövcudluğunu vacib edir. Azərbaycan tərəfindən müvafiq addımlar atılsa da, Ermənistan hələ də tərəddüd edir. Paşinyanın bildirdiyi fikirlərlə atdığı addımlar ziddiyyətlər təşkil edir. Bu zidiyyət ilk növbədə Ermənistanın inkişafına mane olur. Ermənistan bunu dərk edərək nə qədər onun üçün çətin olsa da, sülhə getməyə məcburdur. Bu baxımdan hazırda davam edən Soçi görüşü müəyyən ümidlər yaradır. Mümkündür ki, artıq sülh müqaviləsi ilə bağlı müəyyən nəticələr əldə olunsun, konkret vaxt çərçivəsində komissiyalar yaradılsın. Yaxud da hamının gözlədiyi, lakin hələ rastlaşmadığımız müəyyən fikirlər səsləndirilsin. Hər halda bu gün müəyyən nəticələr əldə oluna bilər. Çünki bu nəticələrin əldə olunmasında artıq dünya da matraqlıdır”.

Dünyada bəzi qüvvələrin Qarabağ məsələsinin həll olunmamasına çalışdığını bildirən millət vəkili deyib:

"Düzdü, hazırda dünyada münabətlərin köhnə qaydada qalmasına, hətta Vətən müharibəsindən əvvəlki dövrə qayıtmasına çalışan bəzi qüvvələr var. Amma zamanı geri çevirmək mümkün deyil. Rusiyanın bugünkü mövqeyi göstərir ki, Moskva Azərbaycan-Ermənistan arasındakı münaqişənin həllində maraqlıdır. Ola bilsin ki, fərqli yanaşmalar, fərqli təkliflər olsun. Amma istənilən vaxt Azərbaycan bunların hamısıni nəzərdən keçirməyə hazırdır. Hər kəs üçün aydın olmalıdır ki, Azərbaycan onun ərazi bütövlüyü və milli maraqlarına zidd olan addımları heç vaxt atmayacaq. Mütləq sülh müqaviləsi olmalıdır. Çünki Ermənistanın başqa çıxış yolu yoxdur. Ermənistan yeni reallığı nəzərə almalı, Azərbaycanın ərazi bütövlüyünü tanımalı və təxribatlarına son qoymalıdır”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!