Soğan böhranının səbəbi tapıldı – İran qadağa qoyub

saytların hazırlanması

Evə çatdırılma

Soğan böhranının səbəbi tapıldı – İran qadağa qoyub

İqtisadiyyat

31 Mart 2019 18:42 1417


İranda aprelin 4-dən kartof və soğanın ixracı qadağan edilib.

Bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini Abbas Qubadi deyib. A.Qubadinin sözlərinə görə, qonşu ölkələrə, xüsusilə İraqa soğan ixracı bu məhsulun qiymətinin bahalaşmasına səbəb olub.

Nazir müavini əlavə edib ki, Bazarın Tənzimlənməsi Komitəsi yerli bazarı tənzimləmək məqsədilə kartofla birlikdə soğanın ixracının qadağan edilməsinə qərar verib. Dördpendirli pizza

Son günlər ərzində İranda 1 kq soğanın qiyməti 140 min rialı (təxminən 3,33 dollar) keçib.

Soğanın bahalaşmasının digər səbəbi Xuzistan və Kirman vilayətlərindəki son yağıntılar və yığım problemi göstərilir.

Xatırladaq ki, son vaxtlar ölkəmizdə də soğanın bahalaşması müşahidə olunur.

 Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!