Solovyov simasını dəyişdi! Ermənilərin dostu ermənilərə qarşı -  VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Solovyov simasını dəyişdi! Ermənilərin dostu ermənilərə qarşı - VİDEO

Siyasət

11 Noyabr 2021 08:15 72872


Rusiyalı teleaparıcı, ermənipərəst mövqeyi ilə seçilən Vladimir Solovyov bu dəfə Ermənistan əleyhinə kəskin fikirlər söyləyib.

Əvvəlcə erməni xalqını çox sevdiyini deyən Solovyov ötən gün İrəvanda keçirilən mitinq zamanı Rusiyaya qarşı rus dilində sərt fikirlər səsləndirən Vaqe Qasparyan adlı şəxsin sözlərinə hiddətlənib.

“Paşinyan və Ermənistan rəhbərliyinə sualım var. Rusiyada bunu necə başa düşək? İkinci Qarabağ müharibəsi zamanı erməniləri əlində silah olan Qasparyan yox, Rusiya sülhməramlıları xilas etdi. Siz acı məğlubiyyətə uğradınız və qalib gəlmək şansınız yox idi. Artsaxı biz ayaqda saxladıq! pizza

Bu insan niyə azadlıqdadır? Niyə Ermənistan rəhbərliyi, erməni cəmiyyəti, erməni ziyalıları buna reaksiya vermir? Niyə Rusiya vətəndaşları və Ermənistanı xilas edən rus sülhməramlılar bunu eşitməlidir? Və Soros tör-töküntüsü, ABŞ-ın pulu ilə mövcud olan birisi bunları deyir. ABŞ-ın dünyada ikinci ən böyük səfirliyi Ermənistandadır”. 

Qeyd edək ki, mitinqdə Rusiyaya qarşı sərt fikirlər söyləyən Vaqe Qasparyan deyib ki, tarixdə heç vaxt erməni rus dostluğu olmayıb. Ermənistan Rusiyanın əlində marionetka olub və indi bu dostluq mifi ifşa edilib, bu, artıq ermənilər üçün aksiomadır. O çıxışını rus şair Lermontovun sözlərilə “Əlvida, yuyulmamış Rusiya” deyərək bitirib.

Daha ətraflı videoda:

Ednews.net


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • İlqar
    Гаспарян правду сказал , а правда колит. Россию не нужен армяне , россию нужна армения , слабая , бедная , беззашитная-как сегодня.армения не сушествует как государство-скорее всего автономный(насколько это тоже вопрос) область российской федерации.
    5 years ago
  • Бахман
    Affərin Qasparyan düşmən olsan da gerçəkləri anladın...sizin əsil düşməniniz ruslardır...adam ağıllı yaşamaq istəyirsinizsə rusların fitnəsinə uymayın
    5 years ago
  • shahin
    Соловей трезвеет
    5 years ago