Somali prezidentinin oğlunun Türkiyəyə ekstradisiyası müzakirə olunur.
Yenisabah.az “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç danışıb.
Onun sözlərinə görə, Türkiyə vətəndaşlarının hüquqları prioritetdir: pizza mizza
“Onların hüquqlarını müdafiə etmək bizim borcumuzdur”.
Nazir bildirib, Somalidən olan həmkarı ilə görüşüb, yaxın zamanda məhkəmə prosesi başlayacaq:
“Müttəhimin Türkiyəyə gətirilərək mühakimə olunması mümkündür”.
Xatırladaq ki, Somali prezidentinin oğlu Məhəmməd Həsən Şeyx Mahmud 30 noyabrda İstanbul şəhərində avtomobili ilə hərəkət edən zaman motosikletlə toqquşub. Nəticədə 38 yaşlı motosiklet sürücüsü həyatını itirib. Bunun ardınca Məhəmməd Həsən Şeyx Mahmudun Türkiyədən qaçması iddia edilib, lakin atası oğlunun vacib görüşlərlə əlaqədar Somaliyə qayıtmalı olduğunu bildirib.
Telegram kanalımız