YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Son dəqiqə: Azərbaycan-Ermənistan sərhədinə qoşun gətirilir

Son dəqiqə: Azərbaycan-Ermənistan sərhədinə qoşun gətirilir

Siyasət

30 Sentyabr 2022 12:17 11989


"Dağlıq Qarabağdakı münaqişənin həlli üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müşahidəçilərindən istifadə imkanları müzakirə edilir".

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin kəşfiyyat fəaliyyəti üzrə Konfransının 18-ci iclasında deyib.

“Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında, xüsusilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və ümumiyyətlə, sərhədlərin normallaşdırılmasına dair razılaşmaların həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına kömək etmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müşahidəçilərindən istifadə etmək imkanı, həmçinin Bakı ilə İrəvan arasında münasibətlərin inkişafı, o cümlədən müvafiq sazişin imzalanması müzakirə edilir”, - deyə nazir bildirib.

"Düşünürəm ki, MDB-dən də dəstək tələb olunacaq", - deyə Lavrov əlavə edib.

Eyni zamanda, S.Lavrov vurğulayıb ki, "dünyada sürətlə dəyişən vəziyyət, o cümlədən regional və milli təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə MDB çərçivəsində dürüst, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın qurulması zərurətini diktə edir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!