SON DƏQİQƏ: Bəhram Bağırzadə ağır vəziyyətdə reanimasiyaya yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ: Bəhram Bağırzadə ağır vəziyyətdə reanimasiyaya yerləşdirildi

Hadisə

14 İyun 2020 16:29 9252


"Baklı oğlanlar" komandasının əfsanəvi üzvü Bəhram Bağırzadə ağır vəziyyətdə, ixtisaslaşmış xəstəxanalardan birinin reanimasiya şöbəsinə aparılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə virtualaz.org-a "Bakılı oğlanları”ın digər iştirakçısı, "Planet parni iz Baku" teatrının rəhbəri Tahir İmanov məlumat verib.

Onun sözlərinə görə, Bəhram Bağırzadəyə koronavirus diaqnozu qoyulub. pizza hut

“Bəhram Bağırzadənin müalicəsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Dövlət başçısına və Birinci vitse-prezidentə təşəkkür edirik. Həkimlər Bəhram Bağırzadənin həyatını xilas etmək üçün hər şeyi edirlər. Ümid edirik ki, həkimlərin səyləri sayəsində onun həyatını xilas etmək mümkün olacaq",-deyə Tahir İmanov bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!