Son dəqiqə: Ərdoğanın korteji qəzaya uğradı, ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Son dəqiqə: Ərdoğanın korteji qəzaya uğradı, ölən və yaralananlar var

Dünya

14 Mart 2024 10:31 3717


Türkiyənin cənub-şərqində prezident Rəcəb Tayyib Ərdoğanın mühafizə xidmətinin əməkdaşı qəza nəticəsində dünyasını dəyişib. 

Yenisabah.az xəbər verir ki, İHA agentliyinin məlumatına görə, Türkiyənin cənub-şərqindəki Şırnak vilayətinin İdil rayonunda mitinqdən sonra Ərdoğanın korteji qəzaya düşüb, nəticədə 1 polis ölüb, ikisi polis olmaqla 3 nəfər yaralanıb. 

Qəza barədə Mardin şəhərində keçirilən mitinqdə Ərdoğan da məlumat verib: “Bu gün Şırnakdakı mitinqimizdən sonra baş verən avtomobil qəzası nəticəsində həlak olan polis Fırat Dereyə başsağlığı verir, qəzada yaralanan əməkdaşlara şəfa diləyirəm”.  Marqarita pizza

Qeyd edək ki, Ərdoğanın iştirak etdiyi mitinqlər martın 31-də keçiriləcək bələdiyyə seçkiləri öncəsi təşkil edilən kampaniya çərçivəsində keçirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!