SON DƏQİQƏ: Gömrükdə yoxlama başladı

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ: Gömrükdə yoxlama başladı

Siyasət

18 İyul 2022 13:20 4028


Generalların həbsi və sədr Səfər Mehdiyevin işdən uzaqlaşdırılmasına baxmayaraq, Dövlət Gömrük Komitəsində yoxlamalar davam etdirilir.

“Yeni Sabah” Bakupost.az-a istinadən xəbər verir ki, sözügedən audit yoxlaması Dövlət Gömrük Komitəsində aparılan ilk əməliyyatdan sonra başlayıb.

Məlumata görə, indiyə qədər aparılan yoxlamalar nəticəsində Komitədə ciddi qanun pozuntuları aşkarlanıb. Yoxlama bitdikdən sonra Baş Prokurorluqda müvafiq cinayət içinin açılacağı gözlənilir. Bu cinayət işi çərçivəsində yeni həbslərin olacağı da bildirilir. Toyuqlu pizza

Yoxlamalarla bağlı Hesablama Palatasından DGK-da audit yoxlaması aparıldığını təsdiqləyiblər: “Hazırda araşdırmalar davam edir. Nəticələr tam bəlli olduqdan sonra ictimaiyyətə məlumat veriləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!