SON DƏQİQƏ: İrandan Azərbaycana dron göndərdilər -   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ: İrandan Azərbaycana dron göndərdilər - RƏSMİ AÇIQLAMA

Kriminal

30 Sentyabr 2024 15:43 5045


Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Yenisabah.az bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən naməlum uçuş aparatı müşahidə edilib. Dördpendirli pizza

Uçuş aparatının görülmüş tədbirlər nəticəsində saxlanılması təmin olunub. Üzərinə bərkidilmiş bağlamaya baxış zamanı ümumi çəkisi 19 kiloqram 700 qram narkotik vasitə marixuana və 1 500 ədəd "Metadon M-40" həbi aşkar edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!