Ermənistan və Türkiyə diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün viza prosedurunun sadələşdirilməsi barədə razılığa gəlib.
“Yeni Sabah” xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, bu qərar tərəflər arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin apardığı danışıqlar nəticəsində əldə olunan razılaşmalar çərçivəsində qəbul edilib.
Razılaşmaya əsasən, 2026-cı il yanvarın 1-dən etibarən hər iki ölkənin diplomatik, xidməti və xüsusi pasport sahibləri elektron vizanı ödənişsiz şəkildə ala biləcəklər. Sezar pizza
Qeyd olunur ki, bu addım Ermənistan və Türkiyənin iki ölkə arasında münasibətlərin heç bir ilkin şərt irəli sürülmədən tam normallaşdırılması istiqamətində prosesin davam etdirilməsinə sadiqliyini bir daha nümayiş etdirir.
Məlumatda vurğulanır ki, əldə olunan razılaşma normallaşma prosesində etimad quruculuğu tədbiri kimi qiymətləndirilir.
Telegram kanalımız