“Son sərhəd insidentinin Qarabağla ümumiyyətlə heç bir əlaqəsi yoxdur, bu...” - Putin

saytların hazırlanması

Evə çatdırılma

“Son sərhəd insidentinin Qarabağla ümumiyyətlə heç bir əlaqəsi yoxdur, bu...” - Putin

Siyasət

16 Sentyabr 2022 21:28 5757


Ermənistan və Azərbaycan sərhədindəki son insidentin Qarabağla (Rusiya sülhməramlılarının məsuliyyət zonası nəzərdə tutulur - red.) heç bir əlaqəsi yoxdur.

Yenisabah.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Səmərqənddə keçirilən ŞƏT sammitində jurnalistlərin sualına cavab olaraq deyib.

“Son sərhəd insidentinin Qarabağla ümumiyyətlə heç bir əlaqəsi yoxdur, bu, tamam başqa regiondur, Ermənistan-Azərbaycan sərhədidir”, - Putin bildirib. Dördpendirli pizza

O vurğulayıb ki, bu konfliktin lokallaşmasında həm də Rusiyanın təsiri oldu:

“Biz baş verənlər və itkilərə görə, əlbəttə ki, təəssüf edirik. Xüsusilə və ilk növbədə Rusiyanın da təsiri ilə bu münaqişə lokallaşdırıldı, ümid edirəm ki, bu, belə də davam edəcək”./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!