YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Son sutkada Azərbaycanda koronavirusdan 4 nəfər ölüb

Son sutkada Azərbaycanda koronavirusdan 4 nəfər ölüb

Sosial

30 Sentyabr 2022 16:50 551


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 213 nəfər müalicə olunaraq sağalıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat yayıb.

Analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 821 440 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 587 nəfər müalicə olunaraq sağalıb, hazırda 936 aktiv xəstə var. Bu günə qədər 9 917 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 400, bu günə qədər isə ümumilikdə 7 249 967 test icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!