“Amerika mənbələrinin dediyinə görə, Bakı-İrəvan danışıqarında bu saat müzakirə olunanlardan biri Azərbaycan dövlətinin özünün erməni vətəndaşları ilə onların haqları barədə müzakirəsinin beynəlxalq şəffaflığı məsələsidir”.
“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə REAL Partiyasının sədri İlqar Məmmədov çıxış edib. O, qeyd edib ki, göründüyü kimi, bu məsələdə ifadələrə çox diqqət edilir:
“Azərbaycan öz vətəndaşları ilə danışanda heç kim vasitəçi ola bilməz, amma bu müzakirənin şəffaf keçməsi ilə prinsipcə razıdır. Bura qədər hər şey düzgündür. Marqarita pizza
İndi görək beynəlxalq şəffaflıq nə deməkdir? Prezident Əliyev öz çıxışlarının birində buna müəyyən qədər cavab vermişdi. Amma onun ilkin olaraq təsvir etdiyi yanaşma onun/bizim aldanmağımıza səbəb ola bilər.
Əgər biz indi anlaşsaq ki, yerli ermənilərlə sözü gedən davamlı söhbət məlum publik təsisatlar – media, qanun, beynəlxalq təşkilatlar və s. ənənəvi formatlarda “şəffaf” olacaq, bu, yerli erməniləri təmsil edən adamların daimi artistliyinə yol açacaq. Gecə-gündüz Bakının işi bunların “istəklərinə” beynəlxalq təzyiqlər qarşısında cavab vermək olacaq. Bir vaxt keçəndən sonra kənar tərəflər özləri üçün lazım olan anda yeni münaqişə açdıra bilərlər.
Bu bizə lazım deyil. Həmin o beynəlxalq şəffaflıq “anbaan ictimailik” anlamına gəlməməlidir. Müəyyən sayda hörmətli, oturuşunu-duruşunu bilən, ağzı bütöv, şoumenlikdən uzaq adamın “gözü qarşısında” bütün hüquqi-siyasi məsələləri erməni vətəndaşlarımızla qısa zamanda həll etməliyik. Bu olar həmin o beynəlxalq şəffaflıq. Sonra isə razılaşdırılan bu hüquqi-siyasi çərçivədə kim nə qədər istəyir o qədər tamaşa qursun – dövlətimizə bunun yeni münaqişə təhlükəsi yaratması ehtimalı artıq çox aşağı olacaq. Çünki artıq Avropa Məhkəməsi və s. kimi ənənəvi şəffaflıq və hesabatlılıq təsisatları işə düşəcək”.
Telegram kanalımız