“Sonuncu təxribatın baiskarı Rusiyadır” - Açıqlama 

saytların hazırlanması

Evə çatdırılma

“Sonuncu təxribatın baiskarı Rusiyadır” - Açıqlama 

Siyasət

15 Sentyabr 2022 15:34 3702


“Hər hansı yüngülvarı pozulma qeydə alına bilər, amma inanmıram ki, vəziyyət yenidən bu dərəcədə kəskinləşsin”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Teymur Qasımlı deyib. O, Azərbaycan-Ermənistan sərhədində elan olunan atəşkəsin yenidən pozulma ehtimalını dəyərləndirib:

“Atəşkəsin davamlı olacağına inanmıram. Çünki bu, həmişəki kimi Rusiyanın oyunudur. Səmərqənd görüşündən sonra hər şey açıqlanacaq. Amma Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözlərindən belə başa düşdüm ki, atəşkəs beynəlxalq missiyanın dəstəyi ilə elan olunub. Hər hansı yüngülvarı pozulma qeydə alına bilər, amma inanmıram ki, vəziyyət yenidən bu dərəcədə kəskinləşsin. Çünki bütün dünya hər iki tərəfi sülhə çağırır. Ona görə də Səmərqənd görüşündən çox şey asılıdır”. pizza hut

Nikol Paşinyanın sülh masasına oturma ehtimalını şərh edən müsahibimiz Ermənistan baş nazirinin ötən gün 2 fərqli mövqeyini xatırladıb:

“Sonuncu sərhəd təxribatının əsas səbəbi, eləcə də sülh masasının dağılmasının baiskarı Rusiyadır. Onun ən böyük arzusu Ermənistanın digər sərhədlərini də qorumaqdır. 1992-ci ilin 27 sentyabrından Ermənistan-İran sərhədini qoruduqları kimi... Məhz buna görə Paşinyan Səmərqəndə getmədi”.

“Dünən Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan dedi ki, azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş olacaq, amma yeri və günü açıqlamayıb. Qısacası, masaya oturma ola bilər, amma hələlik masada nəyinsə uğur olacağına inanmıram”, – deyə siyasi analitik fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!