Şortunu qaldıran futbolçu ilə bağlı “Qəbələ”dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Şortunu qaldıran futbolçu ilə bağlı “Qəbələ”dən açıqlama

İdman

15 Aprel 2019 19:10 891


"Qəbələ"nin futbolçusu Stiven Monrozun səfərdə "Keşlə" ilə keçirdikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçında ədəbsiz hərəkətə yol verməsinin səbəbi müəyyənləşib.

Bu barədə klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib. Səfiyarlı bildirib ki, fransalı hücumçu dördüncü hakim Rövşən Rəcəbovun israrından sonra şortunu tam yuxarı qaldırıb: 

"Qaydalara əsasən, losin şortun rənginə uyğun olmalıdır. İndiyədək komandamız əksər oyunlara qara rəngli şortlarla çıxdığı üçün losin də qara olub. Amma bu dəfə səfər matçı olduğundan, ağ rəngli formada oynayırdıq. Monroz isə qara rəngli losin geyindiyindən, oyun vaxtı onu əynindən çıxarması tələb olunub. O da referinin tələbini yerinə yetirib, sadəcə, dəyişdirməyə macal tapmayıb. Meydana qayıtdığı vaxt dördüncü hakim ondan losini çıxarıb-çıxarmadığını soruşub. Monroz "çıxarmışam" desə də, Rəcəbov losini yığıb gizlətdiyini düşünərək, futbolçumuza qarşı israrlı davranıb. Nəticədə oyunçumuz şortunu tam yuxarı qaldırıb və bu da canlı yayıma düşüb". Sezar pizza

Bununla belə, "Qəbələ" rəsmisi futbolçunun cəzalanacağını vurğulayıb: "İstənilən halda, Monrozun hərəkəti xoşagəlməz haldır və buna görə üzr istəyirik. Futbolçunun özü pul cəriməsinə məruz qalacaq".

Qeyd edək ki, görüş "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb.

Sportnet.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!