Sosial məsafəni gözləməklə film çəkilişlərinə başlanıldı - Mədəniyyət Nazirliyi

saytların hazırlanması

Evə çatdırılma

Sosial məsafəni gözləməklə film çəkilişlərinə başlanıldı - Mədəniyyət Nazirliyi

Mədəniyyət

20 Avqust 2020 18:58 836


“Sanitar-epidemioloji tələblərə əməl etmək və sosial məsafəni gözləməklə film çəkilişlərinin həyata keçirilməsinə başlanılıb”.

Yenisabah.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət  Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunur ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən, ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunub, o cümlədən, insanların kütləvi toplaşması ilə müşahidə olunun sahələrin fəaliyyəti dayandırılıb: “Sözügedən qərarlarda konkret olaraq kino istehsalı ilə bağlı məsələ qeyd edilməsə də, digər sahələrlə yanaşı, kino çəkilişlərində də bir çox insanların toplaşması zərurəti olduğuna görə ölkədə bu istiqamətdə də işlər saxlanılmışdı. Operativ Qərargah tərəfindən həyata keçirilən yumşalma tədbirlərinə və bir çox qadağaların aradan qaldırılmasına uyğun olaraq, sanitar-epidemioloji tələblərə əməl etmək və sosial məsafəni gözləməklə film çəkilişlərinin həyata keçirilməsinə başlanılıb”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!