Sosial müavinətlər artacaq

saytların hazırlanması

Evə çatdırılma

Sosial müavinətlər artacaq

Sosial

14 Fevral 2019 21:21 1107


"Sosial müavinətlərin məbləğinin artırılması ilə bağlı iş aparılır. Müavinətlərin sayı çoxdur, onların unifikasiyasına ehtiyac var".

"Yeni Sabah" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi brifinqdə deyib:

“Bu gün 80-ə qədər müavinət növü var. Onların daha da sadələşdirilib cəmləşdirilməsinə, eyni zamanda onların məbləğinə kompleks şəkildə baxılır. Bəzi müavinətlərin vaxtı keçib, bəzi müavinətlərin məbləği aşağıdır. Bəzi kateqoriya insanlar var ki, bundan kənarda qalıblar. Onlarla bağlı layihə hazırlanır, konseptual yanaşma olacaq".  pizza

Nazir qeyd edib, müavinət alanlar 500 min nəfərdir: "Tələsik qərar da vermək olmaz, çünki bu 500 min insanın həyatına təsir edəcək addımdır. Biz bunu ətraflı araşdırırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!