Sosial şəbəkələrdən milyon qazanan məşhurlar   – “Qızıl onluq”

saytların hazırlanması

Evə çatdırılma

Sosial şəbəkələrdən milyon qazanan məşhurlar – “Qızıl onluq”

Maraqlı

04 İyul 2020 12:25 1342


Sosial şəbəkə paylaşımından ən çox gəlir əldə edən məşhurların siyahısı bəlli olub. 

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, "İnstaqram"dan ən çox qazanan məşhurlar siyahısında zirvədə keçmiş Amerika güləşçisi Dvayn Conson qərar tutub. İdmançı bir paylaşımından 1 milyon dollar gəlir əldə edir. Filmlərə çəkilməkdən əlavə idman markası ilə iş birliyi edən D.Conson gəliri ilə Kristiano Ronaldo və Kayli Cenneri də geridə qoymağı bacarıb. 

Beləliklə, "İnstagram"dan ən çox gəlir əldə edən 10 məşhuru təqdim edirik: pizza hut

Dvayn Conson - 187.300.000 izləyici, 1.1015.000 dollar

 Kayli Cenner - 181.500.000 izləyici, 986.000 dollar 

Kristiano Ronaldo - 224.800.000 izləyici, 889.000 dollar

Kim Kardaşyan - 175.700.000 izləyici, 858.000 dollar 

Ariana Qrand - 191.100.000 izləyici, 853.000 dollar 

Selena Qomez - 180.300.000 izləyici, 848.000 dollar

Beyons - 148.700.000 izləyici, 770.000 dollar 

Castin Biber - 139.300.000 izləyici, 747.000 dollar 

Teylor Svift - 135.000.000 izləyici, 722.000 dollar

Futbolçu Neymar - 139.300.000 izləyici, 704.000 dollar


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!