Şou əhlinin yaşamaq istədiyi ölkələr - “İş olsa Afrikada da yaşayaram“

saytların hazırlanması

Evə çatdırılma

Şou əhlinin yaşamaq istədiyi ölkələr - “İş olsa Afrikada da yaşayaram“

Şou

03 Aprel 2019 19:20 1083


Cavanşir Məmmədov: “Firuzə xanıma da Hindistanda yaşamaq təklif olunub. Hətta ərəb şeyxinin oğlu ona evlilik təklif edib Dubaya aparmaq istəmişdi”.

Xəbər verdiyimiz kimi, müğənni Elariz Məmmədoğlu Amerika vətəndaşlığını alıb. Bu barədə müğənni öz “İnstagram” səhifəsində məlumat verib. 

 “Yeni Sabah” müğənnilərə “Hansı ölkədə yaşamaq istərdiniz?” sualı ilə müraciət edib.  Sezar pizza

Azərbaycan Xalq artisti Nazpəri Dostəliyeva bildirib ki, Azərbaycandan başqa heç bir ölkədə yaşaya bilmərəm: “Mən ata-baba yurdumu qoyub heç yerə gedən deyiləm. Mənim də qarşıma fürsətlər çıxıb, xaricdə yaşamaq, həmin ölkənin vətəndaşlığını almaq. Amma öz vətənimdə daha rahat hiss edirəm. Hətta oğlanlarım da ali təhsillərini xaricdə bitirəndən sonra onlara icazə vermədim ki, orada qalsınlar. Vətənimizə qaytardım ”. 

Uzun müddət Rusiyada yaşan Əməkdar artist Ədalət Şükürov sualımıza belə cavab verib: “Bizim elə yaşımızdır ki, harada iş varsa orada yaşayarıq. İş olsa Afrikada da yaşayaram. Elariz də bildiyimə görə, orada restoranların birində işləyir. Allah qazancını bol eləsin. Amma ən sevdiyim, burada yaşayaram dediyim ölkə İspaniyadır. Xüsusilə də Barselona şəhəri. Çox sakit şəhərdir”. 

Əməkdar artist Abbas Bağırov buzovlar ölkəsində yaşamaq istədiyini qeyd edib: “ Təbii ki, vətəndən kənarda yaşamaq istəməzdim. Amma belə bir hal olsa, İtaliyanı seçərdim. Oranın mədəniyyəti, insanları demək olar ki, ölkəmizlə eynidir. Ora mənə Azərbaycanı xatırladır”. 

Dünyanın əksər ölkələrini gəzən Əməkdar artist Cavanşir Məmmədov da ölkəsindən başqa bir yerdə yaşaya bilməyəcəyini qeyd edib: “ Ulu öndərin təşəbbüsü ilə çox ölkədə olmuşam. Amma vətənimdən ayrı qala bilmirəm. Hətta İngiltərədə Londonda yaşamaq təklif olunmuşdu. Mən qəbul etmədim. Firuzə xanıma da Hindistanda yaşamaq təklif olunub. Hətta ərəb şeyxinin oğlu ona evlilik təklif edib Dubaya aparmaq istəmişdi”.

Əcəmi Əsədulla

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!