“Sovetski” sakinləri Samir Şərifova müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

“Sovetski” sakinləri Samir Şərifova müraciət etdi

Xalqın səsi

13 Dekabr 2019 11:53 1669


“Sovetski” sakinləri Səkinəxanım Murtuz qızı Quliyeva, Dünya Murtuz qızı Əliyeva və Brilliant Murtuz qızı Əliyeva Maliyyə naziri Samir Şərifova müraciət ünvanlayıblar. 

Sakinlər müraciətin bir surətini də Yenisabah.az-ın redaksiyasına ünvanlayıblar. Onların sözlərinə görə, nazirin təyin etdiyi şəxslər kompensasiya ödəməkdən yayınırlar: 

“Məlumat üçün bildiririk ki, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, ev 6 hər birimizin 1/10 payı üzrə xüsusi mülkiyyətimizdədir. Həmin ünvanda yerləşən ərazi Dövlət Ehtiyacları üçün satın alınmaya məruz qalıb. Göstərilən evə görə kompensasiya ödənilmədən sökülüb.  pizza sifarişi

Kompensasiya ödənilməsinə dair bizə qarşı Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti tərəfindən iddia belə qaldırılaraq evin boşaldılması tələbi irəli sürülüb. Nəhayət Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə hər birimizin payına düşən 16,88 kv.m sahəsinə görə 25 min 320 AZN vəsaitin ödənilməsi qərara alınıb. Lakın etibar etdiyiniz əməkdaşlar vəsaiti bizə ödəməkdən yayınırlar və bildirilər ki, siz payınıza görə 16.880 azn barışıq sazişinə imza edin, yoxsa qərarı ləğv etdirəcəyik və yaxud qərarı illərlə icra etməyəcəyik. 

Sizin qəbulunuza düşmək üçün dəfərlərlə məktub, internet və telefon vasitəsi ilə müraciət etsək də, qəbula 1 saat qalmış adımızı siliblər”.     

Sakinlər Samir Şərifovdan onları qəbul etməsini xahiş edirlər: “Media vasitəsi ilə Sizə müraciət edirik ki, bizi qəbul edəsiniz və onda məlum olacaq ki, biz haqlıyıq və halal mülkiyyətimizə dair kompensasiyamı istəyirik. Eyni zamanda məlum edirik ki, bildiyiniz kimi artıq sözügedən ərazidə 20,0 kv.m sahə üçün bütün ödənişlər ilə bir yerdə yekun 40 min manat kompensasiyanın ödənilməsi qərara alınıb. 

Bütün bu yazışmalara, əsassız vaxt itkilərinə heç bir məna olmadığı halda süründürməçiliyin hər-hansı bir əsası yoxdur. Bir daha bildiririk ki, bizlər yaşı 70 haqlamış analarıq və bu qədər insana əziyyət vermək Sizin əməkdaşlara heç yaraşdırmadıq! Xahiş edirik ki, Bizi qəbul edəsiniz və bu əsassız mübahisələrə son qoyulmasına ağsaqqallıq edəsiniz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!