“Sovetski”də iki minə yaxın ev söküləcək

saytların hazırlanması

Evə çatdırılma

“Sovetski”də iki minə yaxın ev söküləcək

Sosial

09 Fevral 2019 17:43 1893


Yasamal rayonunun “Sovetski” adlanan ərazisində 1920 ev söküləcək.

Bu barədə rayonun icra başçısı Əziz Əzizov bildirib. Onun sözlərinə görə, “Sovetski”də söküntü işlərinin II mərhələsi aparılır:

“Prezident İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun “Sovetski” adlanan ərazisində işlərin birinci mərhələsində 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri yaşayış obyektlərinin dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb. Sezar pizza

Söküntü işlərinin II mərhələsinin aparılır və hazırda 1920 evin sakinləri ilə əldə edilmiş razılığa əsasən satın alınıb”.

İcra başçısı III mərhələdə 11 hektar ərazini əhatə edən söküntü ərazisində də işlərin aparılacağını qeyd edib.

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!