“Soyadlarda “ov”, “yev”i təmizləsən də, milliləşdirmək mümkün olmur”

saytların hazırlanması

Evə çatdırılma

“Soyadlarda “ov”, “yev”i təmizləsən də, milliləşdirmək mümkün olmur”

Siyasət

18 Aprel 2026 23:25 830


"Milli adlar və soyadlar mövzusu illərdir müzakirə olunur. Müəyyən irəliləyişlər olsa da, durum arzu olunan səviyyədə deyil. Fikrimcə, burada hər kəsin övladına, yaxınlarına fərdi ad seçimi hüququna hörmətlə yanaşmaqla yanaşı, doğru nümunələrin təbliği və təşviqi çox vacib məsələdir".

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa feysbuk hesabında yazıb.

Komitə sədri bildirib ki, burada ictimai mühitdə tanınmış insanların nümunəvi davranışları çox vacibdir: "Ərəb, fars, rus, ingilis, yunan, latın, moltanı və s. adların təkrar olaraq yaşayan nəsillərə ötürülməsi ənənəsindən qurtulmaq üçün təbliğatı gücləndirməliyik. Nümunə üçün qeyd edim ki, həm övladlarıma, həm də nəvəmə milli ad qoyulmasını birmənalı şəkildə təmin etməklə yanaşı, yaxınlarımı, çevrədəki ərkim keçən insanları də istər dini, istər başqa xarakterli ərəb, fars, rus, ingilis, latın, yunan və s. adları qoymaqdan çəkinməyə çağırıram. Soyadlarına bu yöndə düzəliş etmək çətindir, orada "ov", "yev"i təmizləsən də, milliləşdirmək mümkün olmur. Heç olmasa bundan sonra gələn nəslin adlarınının saflığnı qorumağa çalşaq". Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!