“Söylədiklərimizin arxasındayıq“ - Davudoğludan AKP-yə cavab

saytların hazırlanması

Evə çatdırılma

“Söylədiklərimizin arxasındayıq“ - Davudoğludan AKP-yə cavab

Siyasət

04 Sentyabr 2019 19:24 1031


Əhməd Davudoğlu üzvü olduğu AKP-dən ixrac edilməsi qərarı ilə bağlı ilk dəfə açıqlama verib.

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, Davudoğlu bununla bağlı Tvitter səhifəsində paylaşım edib: “AKP-nin ixrac etmək istədiyi şəxslər deyil, daha əvvəl haqqında danışdığımız prinsiplərdir. Söylədiklərimizin arxasındayıq”.

Xatırladaq ki, Davudoğlu 31 mart bələdiyyə sədri seçkilərindən sonra baş verənlərlə bağlı AKP-də fikir ayrı-seçkiliyi olduğunu və partiyanın parçalanma təhlükəsi yaşadığını bildirib. Dördpendirli pizza

Qeyd edək ki, Ötən gün AKP Əhməd Davudoğlunun, Səlcuq Özdağın, Ayxan Səfər Üstünün və Abdullah Başçının partiyadan ixrac edilməsi istəyi ilə İntizam Komitəsinə müraciət edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!