Şoyqu Putinə Mariupolun nəzarətə alındığı barədə məruzə etdi

saytların hazırlanması

Evə çatdırılma

Şoyqu Putinə Mariupolun nəzarətə alındığı barədə məruzə etdi

Dünya

21 May 2022 00:43 958


Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın Mariupol şəhərinin və "Azovstal" zavodunun nəzarət altına alındığı barədə Rusiya Prezidenti Vladimir Putinə məruzə edib.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

Konaşenkovun sözlərinə görə, sonuncu qrupun tərkibində zavodun 500-dən çox ukraynalı əsgəri cümə günü təslim olub. Toyuqlu pizza

“Ümumilikdə isə bu il mayın 16-dan əməliyyat zamanı 2 439 “Azov” üzvü və Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçusu zavodun ərazisində blokadaya alınaraq təslim olublar”, - deyə general-mayor qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!