Rusiya 2023-cü ildə əsas silah və sursatların istehsalını əhəmiyyətli dərəcədə artırıb.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
“Rusiya Müdafiə Nazirliyinin və hərbi-sənaye kompleksi təşkilatlarının səmərəli işi sayəsində tələb olunan əsas silah və sursatların istehsalını əhəmiyyətli dərəcədə artırmaq mümkün oldu”, - deyə Şoyqu vurğulayıb. Toyuqlu pizza
Nazirin sözlərinə görə, bir çox müəssisələrdə yüksək texnoloji avadanlıqlarla təchiz edilmiş yeni sexlər, xətlər, sahələr istifadəyə verilib.
Telegram kanalımız