“Ukrayna ordusunun son bir ildə itkiləri 215 min nəfəri keçib”.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
Rusiyalı nazir iddia edib ki, Kiyev rejimi Qərb kuratorlarının təklifi ilə əsgərləri qırğına sürəkləməyə davam edir, lakin bu, vəziyyəti dəyişməyəcək, ancaq hərbi münaqişəni uzadacaq. Toyuqlu pizza
S. Şoyqu əlavə edib ki, nüvə triadasının döyüş hazırlığının ən yüksək səviyyədə saxlanılması Rusiya Müdafiə Nazirliyinin əsas vəzifələrindən biridir:
“Həmçinin Rusiya ordusu və Hərbi Dəniz Qüvvələri ən müasir silahlarla, o cümlədən süni intellekt texnologiyalarına və yeni fiziki prinsiplərə əsaslanan silahlarla təchiz olunmağa davam edəcək. Yaxın gələcəkdə Rusiya Müdafiə Nazirliyi rabitəni təkmilləşdirəcək, kəşfiyyatın səmərəliliyini və peyk bürcünün imkanlarını artıracaq”.
Telegram kanalımız