Soyuq hava kimlər üçün problem yarada bilər?

saytların hazırlanması

Evə çatdırılma

Soyuq hava kimlər üçün problem yarada bilər?

Sağlamlıq

01 Mart 2025 10:28 631


Şaxtalı və qarlı hava şəraiti bəzi insanlar üçün ciddi təhlükə yaradır. Xüsusilə, xroniki xəstəlikləri olan şəxslər üçün soyuq hava sağlamlıq problemlərini daha da ağırlaşdıra bilər.  

Yenisabah.az xəbər verir ki, mütəxəssislər şaxtalı havada müəyyən qrupların daha diqqətli olmasını tövsiyə edirlər.  

Kimlər daha çox risk altındadır? Marqarita pizza

Ürək-damar xəstəlikləri olanlar: Soyuq hava damarların daralmasına səbəb olduğu üçün infarkt və insult riski artır.  

Tənəffüs sistemi problemi yaşayanlar: Astma, bronxit və KOAH xəstələri üçün şaxta və rütubət tənəffüsü çətinləşdirə bilər.  

Şəkərli diabet xəstələri: Onlarda qan dövranı pozulduğundan donvurma riski daha yüksəkdir.  

Revmatizmdən əziyyət çəkənlər: Şaxtalı hava artrit və digər oynaq xəstəliklərində ağrıları artırır.  

Hipertoniya və hipotoniya xəstələri: Soyuq hava qan təzyiqində kəskin dəyişikliklərə səbəb ola bilər.  

İmmuniteti zəif olanlar, yaşlılar və uşaqlar: Soyuq hava onların orqanizmini daha tez zəiflədir və infeksiyalara yoluxma ehtimalını artırır.  

Həkimlər risk qrupuna aid olan şəxslərə isti geyinməyi, mümkün qədər açıq havada az vaxt keçirməyi və öz səhhətlərinə diqqət etməyi tövsiyə edirlər.  

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!