Soyuq havada avtomobilə düzgün qulluq üçün QIZIL QAYDALAR

saytların hazırlanması

Evə çatdırılma

Soyuq havada avtomobilə düzgün qulluq üçün QIZIL QAYDALAR

Avto

14 Yanvar 2024 10:20 4340


Qışda avtomobillərdə ən çox problem soyutma sistemlərində baş verir.

Digər fəsillərdə mühərrikin soyutma sisteminə, yəni radiatora su töktükləri üçün qışda şaxtalı havada bu da problemlərə gətirib çıxarır.

Avtomobil ustası Dəniz Ağabəyli "Xəzər Xəbər"ə bildirib ki, avtomobili qış fəsilinə hazırlamayan sürücülər bu günlərdə minlərlə manat ziyana düşə bilərlər. Sezar pizza

Usta qeyd edir ki, soyuq havaya hazır olmayan avtomobillər çox vaxt qəza şəraitinin yaranmasına səbəb olur. Dəniz Ağabəyli hesab edir ki, qışda avtomobilin əyləc mayesini də yeniləmək mütləqdir.

Avtomobil yağıntılı havada sürüşməsin deyə onun təkərləri də yaxşı olmalıdır. Bu səbəbdən də qarlı havada sürücülərə qış təkərlərindən istifadə etmək məsləhət görülür.

Usta sonda əlavə edib ki, əgər sürücülər bunlara diqqət etməsələr, qışda avtomobildə yaranan texniki nasazlıq səbəbindən qəza da baş verə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!