Soyuq havalara kim hazırdır?

saytların hazırlanması

Evə çatdırılma

Soyuq havalara kim hazırdır?

Sosial

14 Fevral 2019 01:39 864


“Bu il fevral ayının birinci ongünlüyü nisbətən mülayim keçdi. Şimaldan arktik hava kütlələrinin müdaxiləsi, demək olar ki baş vermədi. Nəticədə havanın orta temperaturu çoxillik norma göstəricilərindən 2,8 dərəcə yüksək oldu. Lakin ikinci ongünlükdə hava şəraiti dəyişəcək”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva deyib.

Hava şəraitinin dəyişməsi, küləkli və nisbətən sərt keçməsi “Azərişıq” ASC-ni profilaktik-qabaqlayıcı tədbirlər görməyə vadar edib. Belə ki, onlar baş verə biləcək qəzanı dərhal aradan qaldırmaq üçün hazırlıqlar aparıblar. pizza hut

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev verib. O, qeyd edib ki, Elektrik Şəbəkələrində xüsusi növbərçilik sistemi də təşkil edilib: “Fevralın 14-dən 16-dək davam edəcək qeyri-sabit hava şəraitində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq “Azərişıq” ASC tərəfindən qabaqlayıcı tədbirlər görülüb.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbədi İbrahin Kərbəlayev isə bildirib ki, təmsil etdiyi qurum qəza halları istisna olunmaqla hava şəraiti ilə bağlı hansısa planlı işlər görməyib: “”Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazın verilişinin təlabata uyğun şəkildə verilməsini həmişəki kiki təmin edəcək.

Təlabat artıqca təbii qazın hasilatı da adekvat olaraq artırılır. Qəza halları istisna olunmaqla hava şəraiti ilə bağlı hansısa planlı işlərin görülməsi nəzərdə tutulmayıbdır. Qaz qəza xidməti isə hava şəraitindən asılı olmayaraq baş verə biləcək qəzaların fəsadlarını aradan qaldırmağa hər zaman hazırdır. Payız-qış mövsümü başlayandan lazım Qaz Qəza Xidməti xüsusi mexanizmlər və avadanlıqlarla təchiz edilib ki, qəza hadisəsi baş verən zaman da onlar operativ olaraq qəzanın fəsadlarını və nəticələrini aradan qaldırmağa qadir olsunlar”.

Bizimyol.info

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!