Soyuq havaların qənimi: Hamı bazarda onu axtarır, sadəcə 13 manata...

saytların hazırlanması

Evə çatdırılma

Soyuq havaların qənimi: Hamı bazarda onu axtarır, sadəcə 13 manata...

Sağlamlıq

14 Dekabr 2025 15:06 6663


Ölkədə temperaturun qəfil enməsi və havaların kəskin soyuması ilə bağlı bitki mənşəli məhsullara maraq nəzərəçarpacaq dərəcədə artıb.

“Yeni Sabah” xəbər verir ki, son günlər xüsusilə zəncəfilə tələbat kəskin yüksəlib və bu məhsul bitki mənşəli mağazalarda ən çox satılanlar siyahısında birinci yerə çıxıb.

Mütəxəssislər bildirirlər ki, insanlar soyuq mövsümdə immuniteti gücləndirmək, öskürək və soyuqdəymə əlamətlərinin qarşısını almaq üçün daha çox təbii vasitələrə üz tuturlar. Zəncəfil isə həm çaylarda, həm də müxtəlif qarışıqlarda istifadəsi ilə daha praktik hesab olunur. pizza

Mağazalar bildirir ki, alış sayının artması təkcə paytaxtda deyil, regionlarda da müşahidə olunur. Bəzi satış nöqtələrində hətta zəncəfilin yenidən tədarükü üçün əlavə sifarişlər verilib.

Satıcılar həmçinin qeyd edirlər ki, tələbat artdıqca zəncəfilin qiymətində də müəyyən dəyişikliklər müşahidə edilir. Buna baxmayaraq, alıcıların marağı azalmır və havalar soyuduqca bu məhsula olan ehtiyacın daha da artacağı gözlənilir.

Qeyd edək ki, hazırda paytaxtdakı bazar və marketlərdə zəncəfilin bir kiloqramı təxminən 6–13 manat aralığında dəyişir. Bəzi onlayn satış platformalarında isə qiymətlər 7–8 manat civarında təklif olunur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!