Soyutma yumurta: Sağlamlıq üçün ən güclü qida

saytların hazırlanması

Evə çatdırılma

Soyutma yumurta: Sağlamlıq üçün ən güclü qida

Maraqlı

26 Mart 2025 14:42 1366


Soyutma yumurta insan orqanizmi üçün vacib olan qida maddələri ilə zəngindir. Zülal, vitaminlər və minerallarla dolu olan bu qida maddəsi sağlam qidalanmanın ayrılmaz hissəsidir. Yumurtanın düzgün istehlakı isə onun orqanizmə təsirini maksimum dərəcədə artırır.

Yenisabah.az soyutma yumurtanın faydalarını təqdim edir:

Soyutma yumurta yüksək keyfiyyətli zülal mənbəyidir. Bir yumurtada təxminən 6 qram zülal var ki, bu da əzələ qurulmasına və toxumaların bərpasına kömək edir. Bundan əlavə, yumurta A, D, E, B12, fol turşusu və riboflavin kimi mühüm vitaminlərlə zəngindir. Sezar pizza

Yumurtanın tərkibində olan D vitamini sümük sağlamlığı üçün vacibdir və kalsiumun daha yaxşı mənimsənilməsinə kömək edir. Beyin üçün də olduqca faydalı olan yumurta kolin maddəsi ilə zəngindir. Kolin yaddaşı gücləndirir, beynin fəaliyyətini artırır və sinir sistemini dəstəkləyir.

Antioksidantlarla zəngin olduğu üçün soyutma yumurta göz sağlamlığını da qoruyur. Lutein və zeaksantin maddələri gözlərdə oksidləşməni azaldaraq katarakt və sarı ləkə xəstəliyinin qarşısını alır.

Soyutma yumurta günün hansı saatında yeyilməlidir?

Mütəxəssislər yumurtanın səhər saatlarında yeyilməsini tövsiyə edirlər. Səhər yeməyində soyutma yumurta qəbul etmək gün boyu enerjili qalmağa kömək edir. Yüksək zülal tərkibi aclıq hissini azaldaraq gün ərzində artıq kalori qəbulunun qarşısını alır.

Axşam saatlarında yumurta yemək orqanizm üçün o qədər də faydalı deyil. Xüsusilə yatmazdan əvvəl yeyildikdə həzmi çətinləşdirə bilər və bəzi insanlarda narahatlıq yarada bilər.

Gündə neçə ədəd yumurta yemək olar?

Soyutma yumurtanın miqdarı insanın yaşından, sağlamlıq vəziyyətindən və fiziki aktivliyindən asılıdır. Ümumi qaydaya görə, sağlam insanlar gündə 1-2 ədəd yumurta yeyə bilərlər. İdmançılar və yüksək protein ehtiyacı olan şəxslər üçün bu say 3-4-ə qədər arta bilər.

Lakin qanda xolesterini yüksək olan şəxslər həftədə 3-4 yumurtadan çox yeməməlidirlər. Həkimlər belə insanlara əsasən yumurtanın ağını yeməyi, sarısını isə məhdudlaşdırmağı tövsiyə edirlər.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!