“Sözsüz ki, müharibə ola bilər” – General 

saytların hazırlanması

Evə çatdırılma

“Sözsüz ki, müharibə ola bilər” – General 

Siyasət

25 Noyabr 2022 12:22 2615


"Sözsüz müharibə ola bilər. Elə bir zərbə endirilə bilər ki, bir və iki istiqamətdə tam sussunlar".

“Yeni sabah” xəbər verir ki, bu sözləri "ARB24"ə hərbi ekspert, keçmiş korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

Sabiq korpus komandiri əlavə edib ki, Laçın koridoru onların nəzarətindədir və silahlar onların nəzarətində aparılır: Toyuqlu pizza

"Onlar silahları haradan alırlar? Özlərinin pulu var ki? Deməli, siz verirsiniz. Onların komandaları bizim komandanlarla görüşdə 2021-ci ilin istehsalı olan minaların necə Azərbaycan ərazisinə daxil olması soruşuldu. Azərbaycan qısa müddət ərzində koridoru bağlaya bilər. Vətən Müharibəsində bu, baş verdi və hamısı Xankəndidən qaçmağa başladılar.

Onlar elə fikirləşməsin ki, biz Bakıdan və başqa yerdən həmin əraziyə ordu yerləşdirəcəyik. Laçın koridorunun nəzarətə götürülməsi və Zəngəzur koridorunun azad olunması üçün kifayət qədər qüvvəmiz, vəsaitimiz və vasitələrimiz var".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!