“Space” kanalı yeni televiziya mövsumuna yeni layihələrlə start verəcək.
Kanalın mətbuat xidmətindən “Yeni Sabah”a verilən məlumata görə “Space” tamaşaçıları yaxın günlərdə tanınmış aparıcı Elməddin Behbudun təqdimatında “Gəlin danışaq” tok-şousuna baxa biləcəklər.
İctimai-siyasi yüklü yeni veriliş ölkədə baş verən siyasi proseslərə fərqli yanaşma sərgiləməklə paralel həm də aktiv müzakirələrə yer ayıracaq. “Bunu da qeyd edək ki, “Gəlin danışaq” tok-şousu üçün yeni studiya yaradılıb və ən müasir texniki imkanlardan istifadə edilib”. Marqarita pizza
Məlumata görə Elməddin Behbudla yanaşı daha iki peşəkar aparıcı “Space” tv-yə dəvət olunub və bununla bağlı əlavə açıqlamalar veriləcək.
Xatırladaq ki, Elməddin Behbud QHT sektorunda uzun müddət fəaliyyət göstərib və tamaşaçılar onu “Xəzər” televiziyasından tanıyır.
Telegram kanalımız