“Space” televiziyası bağlanır -   Təcili iclas

saytların hazırlanması

Evə çatdırılma

“Space” televiziyası bağlanır - Təcili iclas

Sosial

16 Aprel 2026 16:46 4226


Bu dəqiqələrdə “Space” televiziyasında təcili iclas keçirilib.

“Yeni Sabah” Manset.az-a istinadən xəbər verir ki, televiziyanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Nəriman Əbdüləliyevin göstərişi ilə kanalın bütün əməkdaşları anidən foyeyə çağırılıb.

İclasda departament rəhbərləri də iştirak ediblər. Sezar pizza

Nəriman Əbdüləliyev televiziyanın əməkdaşlarından halallıq istəyib: “Vado Korovinin rəhbərlik etdiyi dövrdə kiminsə xətrinə dəymişiksə, bizi bağışlasınlar. Biz burada olmaya bilərik. “Space” TVni qoruyun”, - deyə o bildirib.

Axar.az-ın yaydığı məlumatda isə iddia edilir ki, yaxın müddətdə sözügedən TV-nin fəaliyyətinə xitam veriləcək. Buna səbəb isə kanalın uzun müddətdir rentabelli olmaması və keyfiyyət göstəricilərinin təsisçini qane etməməsidir.

Bildirilir ki, kanalın əvvəlki şöhrətini qaytarmaq üçün bir neçə dəfə rəhbərlik dəyişdirilsə də, nəticə əldə olunmayıb. Buna görə də kanalın təsisçisi bağlanma qərarı verib.

Məlumatla bağlı “Space”dən münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, bundan öncə “Space” TV-də yoxlamalar aparıldığı və kanalın rəhbəri Vado Korovinin vəzifədən uzaqlaşdırıldığı ilə bağlı məlumat yayılıb. Kanal yayılan məlumatların heç birinə rəsmi reaksiya verməyib.

“Space” TV 12 oktyabr 1997-ci ildə yayıma başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!