“Space”də yoxlamalar başladı - Vado Korovin vəzifəsindən gedib?

saytların hazırlanması

Evə çatdırılma

“Space”də yoxlamalar başladı - Vado Korovin vəzifəsindən gedib?

Mədəniyyət

14 Aprel 2026 01:03 1967


Bu gün bir sıra xəbər saytlarında və sosial şəbəkələrdə "Space" televiziyasının baş direktoru Vado Korovinin vəzifəsindən getməsi ilə bağlı məlumatlar yayılıb. İddialara görə, direktor bu gün bütün departament rəhbərləri ilə vidalaşıb.

"Yeni Sabah" xəbər verir ki, Manset.az məsələ ilə bağlı Vado Korovinlə əlaqə saxlamağa çalışsa da, o, telefon zənglərinə cavab verməyib.

Daha sonra kanalın baş direktorunun müavini Nəriman Əbdüləliyevlə əlaqə saxlanılıb. Nəriman Əbdüləliyev Vado Korovinin vəzifədən azad edilməsi ilə bağlı yayılan məlumatları təkzib edib: Pepperoni pizza

"Bəli, hazırda kanalda yoxlamalar aparılır. Yoxlamalar Audiovizual Şura tərəfindən həyata keçirilir. Lakin Vado Korovinin vəzifədən azad olunması ilə bağlı məlumat yanlışdır. Hələ ki belə bir qərar yoxdur. Bu gün iclas keçirilməli idi, müəyyən səbəblərdən baş tutmadı. Sabah saat 12:00-da iclasımız var. Vado müəllim də həmin iclasda iştirak edəcək", - deyə N.Əbdüləliyev bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!