Xəbər verildiyi kimi, Space TV-nin “Hər səhər” proqramında müğənni Rüfət Axundov və Rəşad İlyasov fonoqrama oxuduqları zaman canlı efirdə biabırçı ifadələr işlədiblər. Nəticədə həmin görüntünü əks etdirən video sosial şəbəkələrdə yayılıb, telekanal ciddi problemlə üzləşib. Müğənnilər Rüfət Axundov və Rəşad İlyasovun isə bir daha efirə çağırılmaması barədə televiziya rəhbərliyi tərəfindən təlimat verilib.
Həmçinin qeyd edilir ki, bundan sonra proqramın aparıcısı Anar Vaqifoğlu telekanaldan uzaqlaşdırılıb, səs rejissoru da işdən qovulub.
Lakin verilişin aparıcısı Anar Vaqifoğlu “Yeni Sabah”a açıqlamasında işdən çıxma xəbərini yalanlayıb. "Hər şey yaxşıdır. İşdən çıxmamışam. Yeni bir proyekt üzərində işləyirəm. Bundan sonra da hər şey daha yaxşı olacaq". Marqarita pizza
Əcəmi Əsədulla
Telegram kanalımız