“Space”in yeni rəhbərindən ilk   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Space”in yeni rəhbərindən ilk AÇIQLAMA

Rəqəmsal

20 May 2021 20:10 2848


Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov "Space" teleradio şirkətinin yeni rəhbər təyin olunub.

Yenisabah.az xəbər verir ki, Müşfiq Hətəmov açıqlamasında ilk təəssüratını bölüşüb və planlarından danışıb : "Bir saat öncə kollektiv ilə görüşdük, təqdimat oldu. "Space" televiziyası ilə yaranan gündən əməkdaşlıq edirdik. Bizə doğma kanaldır".

Müşfiq Hətəmov "Televiziyada hansı işləri görəcəksiniz?" sualına isə "Yaxın vaxtlarda tamaşaçılar atacağımız addımların şahidi olacaq",-deyə cavab verib. pizza

Qeyd edək ki, Müşfiq Hətəmov 2011-2019-cu illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru olub. O, 2012-ci ildən isə Azərbaycan Prodüserlər Gildiyasının sədridir./Teleqraf.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!