Şprisdə heroin satarkən tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Şprisdə heroin satarkən tutuldu

Kriminal

05 Mart 2019 18:51 1183


Bərdə rayonunda narkotik satışı ilə məşğul olan şəbəkə saxlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə, Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Həsən Hüseynov tanışına heroin satarkən saxlanılıb. Ondan 2 qramlıq şprisdə heroin məhlulu aşkar edilərək götürülüb. H. Hüseynovun ətrafında aparılan araşdırmalarla narkotiki əldə etdiyi mənbə də müəyyən edilib. Belə ki, rayon sakini Taleh Qaraşov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı satış məqsədi ilə üzərində gəzdirdiyi 0.29 qram heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!