SSRİ Baş Qərargahının xəritəsi Azərbaycanın xeyrinədirmi?

saytların hazırlanması

Evə çatdırılma

SSRİ Baş Qərargahının xəritəsi Azərbaycanın xeyrinədirmi?

Siyasət

01 Noyabr 2022 12:29 2291


“1991-ci ilin Almatı bəyannaməsi MDB təsis olunarkən üzv dövlətlərin bir-birinin ərazi bütövlüyünü qəbul etməsiylə bağlı bir bəyannamədir”.

Bunu Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

O, Soçi bəyanatında əks olunan 1991-ci il Almatı bəyannaməsi ilə sərhədlərin qarşılıqlı tanınması məsələsinə toxunub: Toyuqlu pizza

“Sərhədlərin delimitasiyası və demarkasiyasının Vladimir Putinin təklif etdiyi şəkildə, yəni 1975-ci ilin SSRİ Baş Qərargahının xəritələri əsasında həyata keçirilməsinə gəlincə,  Azərbaycan Prezidenti bununla bağlı danışıb və Soçi görüşündə də nəzərdən keçirilib. Amma bu məsələlərin müzakirələrində, delimitasiya-demarkasiya prosesində tərəflərin öz təklifləri ola bilər. Azərbaycan tərəfi bununla bağlı öz mövqeyini açıqlayıb.

Vacib olan məsələ iki ölkə arasında Azərbaycanın təklifi etdiyi və Ermənistanın qəbul etdiyi 5 prinsipdən ibarət sülh müqaviləsinin hazırlanmasıdır. Ona görə ki, sülh müqaviləsi siyasi sənəddir və o imzalanandan sonrakı digər məsələlər artıq texniki məsələlərdir, o cümlədən sərhədlərin müəyyənləşməsi.

Məsələn, Gürcüstanla strateji tərəfdaşlıq münasibətlərimiz formalaşsa da, sərhədlərimiz hələ də delimitasiya və demarkasiya olunmayıb. Yəni Ermənistan sülh sazişinə razılıq verəcəksə və Soçi bəyanatında da deyildiyi kimi, bu istiqamətdə iş davam etdirilib sülh müqaviləsi imzalanacaqsa, ondan sonra digər məsələlər öz axarında və daha sürətli şəkildə həyata keçirilə bilər”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!