“Starlink” Azərbaycanda - Qiymətlər necə olacaq?

“Starlink” Azərbaycanda - Qiymətlər necə olacaq?

Rəqəmsal Veb saytların hazırlanması

12 Avqust 2023 17:12 7469


“Starlink” artıq Azərbaycandadır, rəsmi müqavilə bağlanıb və hazırda test mühitində internet xidmətinin fəaliyyəti başa çatıb. Bu, o deməkdir ki, artıq qiymətləndirmə prosedurası qalıb. Yəni qiymətlər açıqlanmalı və fəaliyyət istifadəçilər üçün əlçatan olmalıdır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyib.

İT mütəxəssis Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin “Tesla” şirkətinin rəhbəri İlon Maskla görüşündən sonra “Starlink” xidmətinin Azərbaycanda hansı meyarlara baş tutacağına dair fikirlərini bölüşüb.

E. Abbasov əlavə edib ki, digər ölkələrdəki “Starlink” aylıq abunə qiymətlərinə baxsaq, görərik ki, bu, 2 faktordan ibarətdir:

“İlk öncə, avadanlıq alınır və bu avadanlıq 5 sahəni əhatə edir. Ev, səyahət, gəmilər və digər qurğular burada mövcuddur. Bunların hər biri isə 5 kateqoriyada fərqli qiymətlərdə ölçülür. Ev üçün olanın qiyməti təxminən 90 dollardır, digər xidmətlərin isə 600-1000 dolların üstündə korporativ qiymət balansı var. Avadanlıqların qiyməti isə 600 dollardan başlayıb 2.500 dollara qədər olmalıdır”.

“Bunlara baxanda Azərbaycan üçün hansı qiymətlər təyin olunacaq, eləcə də avadanlıqların qiymətinin və əlavə olaraq da abunə xidmətinin məbləğ təyini hələlik açıqlanmayıb. Lakin təkrar edirəm ki, “Starlink” artıq rəsmi olaraq Azərbaycandadır və bütün testlərini başa çatdırıb. Ölkənin bütün bölgələrində “Starlink” xidməti uğurla sınaqdan keçib. Yerdə qalan sadəcə “Starlink” şirkətinin Azərbaycandakı qiymətlər paketi olacaq ki, bunu da yaxın zamanlarda görəcəyik”, – fikirlərini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!