Statistika Şurasının tərkibi dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Statistika Şurasının tərkibi dəyişdi

Rəsmi

09 Dekabr 2024 18:52 1651


Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının tərkibinə dəyişiklik edilib.

Yenisabah.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Aşağıdakı şəxslər Statistika Şurasının üzvlüyündən çıxarılıblar: pizza sifarişi

- Elşən Moqif oğlu Rəhimli - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsi rəisinin müavini

- Əzizağa Nəriman oğlu Əhmədov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin Gömrük Statistikası İdarəsinin rəisi

- Çingiz Həsən oğlu Tağıyev - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin müdafiəsi şöbəsinin müdiri

- Sakit Məmədi oğlu Yaqubov - Azərbaycan Dövlət İqtisad Universitetinin Elm üzrə prorektoru.

Aşağıdakı şəxslər Statistika Şurasının yeni üzvləri olub:

- Elşən Arif oğlu Hüseynov - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsi rəisinin müavini

- Rəşid Valeh oğlu Vəliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Statistika İdarəsi rəisinin müavini

- Cəmaləddin Əlibala oğlu Quliyev - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri

- Natiq Qarakişi oğlu Əhmədov - Azərbaycan Dövlət İqtisad Universitetinin Riyaziyyat və statistika kafedrasının müdiri.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!