Stokholm və Yöteborqda Azərbaycana dəstək məqsədilə avtoyürüş keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Stokholm və Yöteborqda Azərbaycana dəstək məqsədilə avtoyürüş keçirildi

Xalqın səsi

02 Noyabr 2020 19:25 3722


İsveçin Stokholm və Yöteborq şəhərlərində Azərbaycana dəstək məqsədilə avtoyürüş keçirilib. 

Diasporla İş üzrə Dövlət Komitəsindən Yenisabah.az-a verilən məlumata görə, üzərində “Qarabağ Azərbaycandır!” şüarı yazılmış, Azərbaycan və Türkiyə bayraqları asılmış avtomobillər Stokholm və Yöteborq şəhərlərinin mərkəzi küçələri ilə hərəkət edib. Aksiyaların məqsədi işğalçı Ermənistan ordusunun cəbhə bölgəsindən uzaqda yerləşən Bərdə, Gəncə və digər yaşayış məntəqələrində mülki insanlara qarşı törətdiyi terror aktlarını pisləmək, yerli ictimaiyyətin diqqətini Ermənistanın terrorçu hərəkətlərinə cəlb etməkdir.

Aksiya iştirakçıları dünya dövlətlərini ermənilərin törətdiyi terror aktlarına biganə qalmamağa, mülki insanlara və azyaşlı uşaqlara qarşı erməni terrorunu dayandırmağa çağırıblar. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!