Stoltenberq: “Uzun müddətli müharibəyə hazır olmalıyıq“

saytların hazırlanması

Evə çatdırılma

Stoltenberq: “Uzun müddətli müharibəyə hazır olmalıyıq“

Dünya

26 May 2022 17:25 879


"Alyansa üzv dövlətlər uzun müddət Ukraynaya dəstək verməli olacaq".

Yenisabaha.az "La Vanguardia"ya istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O bildirib: "NATO-nun ilk vəzifəsi Ukraynaya kömək etməkdir. Müharibələr gözlənilməzdir və bunun necə və nə vaxt bitəcəyini heç kim deyə bilməz, lakin biz uzunmüddətli perspektivdə dəstəyimizi saxlamağa hazır olmalıyıq”. Dördpendirli pizza

“NATO-nun digər rolu eskalasiyanın qarşısını almaqdır. Əgər bu, NATO ilə Rusiya arasında müharibəyə çevrilərsə, bütün Avropaya daha çox dağıntı və zərər gətirəcək", - deyə Stoltenberq xəbərdarlıq edib.

“Rusiya işğalının əvvəlindən biz mühüm dəniz və hava qüvvələrinin dəstəyi ilə alyansın şərqindəki qoşunların sayını 40 min nəfərə çatdırdıq”, - deyə baş katib vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!