Strasburqda Azərbaycana dəstək aksiyası - Foto

saytların hazırlanması

Evə çatdırılma

Strasburqda Azərbaycana dəstək aksiyası - Foto

Xalqın səsi

18 Oktyabr 2020 22:56 1209


Strasburqda Azərbaycanın haqq işinə dəstək aksiyası keçirilib.

Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən Yenisabah.az-a verilən məlumata görə, Strasburqda yaşayan Azərbaycan icmasının üzvləri Azərbaycan Respublikasının dövlət müstəqilliyi günü, oktyabrın 18-də ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyində toplaşaraq, Ermənistanın hərbi təcavüzü və işğalına qarşı mübarizə aparan Azərbaycan dövləti və xalqına dəstəyini ifadə ediblər. Gəncə və ölkəmizin digər şəhər və rayonlarında yaşayan mülki əhaliyə qarşı Ermənistanın törətdiyi hərbi cinayətləri qınayan aksiya iştirakçıları qətlə yetirilmiş günahsız vətəndaşlarımız və erməni işğalçıları ilə mübarizədə döyüş meydanında həyatlarını fəda etmiş Azərbaycanın qəhrəman hərbiçilərinin əziz xatirəsini yad ediblər.

Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycanın Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Fransada yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Mehriban Ovçuyeva bu tarixi günlərdə xalqımızın nümayiş etdirdiyi dəyanət, qətiyyət və birliyi alqışlayıb, dünyanın müxtəlif guşələrində məskunlaşmış soydaşlarımızın hər bir dəstəyinin dəyərli olduğunu vurğulayıb və həmvətənlərimizi xüsusilə yerli mətbuatla təmaslar və eləcə də sosial mediada fəal olmağa çağırıblar. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!