Stress körpənin cinsini dəyişir - Araşdırma

saytların hazırlanması

Evə çatdırılma

Stress körpənin cinsini dəyişir - Araşdırma

Sağlamlıq

19 Aprel 2026 09:10 1000


Stress səviyyəsi ilə körpələrin cinsi arasında əlaqəni ortaya çıxıb.

“Yeni Sabah” xəbər verir ki, araşdırma yüksək fiziki stressə məruz qalan qadınların qız dünyaya gətirmə ehtimalının oğlan uşağına nisbətən iki dəfə çox olduğunu göstərib.

Mütəxəssislər bu vəziyyətin əsas səbəbi kimi oğlan dölün ana bətnindəki çətin şərtlərə qarşı qız döllə müqayisədə daha həssas və zəif olmasını göstərir. pizza hut

Araşdırma çərçivəsində alimlər 187 hamilə qadını izləyərək depressiya, qan təzyiqi və yuxu keyfiyyəti də daxil olmaqla, 27 fərqli stress göstəricisini təhlil ediblər. Nəticələr stressin bioloji təsirlərini aydın şəkildə üzə çıxarıb.

Sağlam və aşağı stressli qadınlarda oğlan uşaqlarının doğulma nisbəti 56 faiz təşkil etdiyi halda, psixoloji stress yaşayan qrupda bu göstərici 40 faizə düşüb. Fiziki stress yaşayan qadınlarda isə oğlan uşaqlarının doğulma ehtimalı cəmi 31 faiz olub.

Ekspertlər bildirirlər ki, oğlan embrionları inkişafın ilkin mərhələsindən etibarən daha əlverişsiz şəraitdə formalaşır və yüksək kortizol səviyyəsi ilə iltihabi proseslər kimi stress faktorları bu vəziyyəti daha da ağırlaşdırır. Fiziki stressin kəskin artması oğlan dölün sağ qalma ehtimalını ciddi şəkildə azaldaraq təbii seleksiya yaradır. Qız döllər isə bioloji baxımdan daha dayanıqlı olduqları üçün bu çətin şərtlərdə yaşamağı bacarır və dünyaya gəlirlər.

Tədqiqat həmçinin göstərir ki, hamiləliyin erkən dövründə ananın sağlamlıq vəziyyəti yalnız körpənin inkişafına deyil, eyni zamanda demoqrafik göstəricilərə də ciddi təsir edir. Ümumilikdə doğulan 88 oğlan uşağından 69-nun stresssiz və sağlam analardan olması bu bioloji fərqin statistik təsdiqi kimi qiymətləndirilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!