Stressi soyuqdəymədən necə ayırmaq olar

saytların hazırlanması

Evə çatdırılma

Stressi soyuqdəymədən necə ayırmaq olar

Sağlamlıq

13 Noyabr 2020 09:49 985


Stress və mənfi emosiyalar soyuqdəymədən şəkərli diabetə qədər müxtəlif xəstəliklərin əlamətlərini yarada bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə “Sputnik” radiosuna müsahibəsində Rusiyanın tanınmış psixoloqu İrina Xvinqiya bildirib.

“Stress simptomları tez-tez soyuqdəymə əlamətlərinə oxşaya bilər. Eyni zamanda stresə səbəb olan qıcıqlandırıcının yalnız bir vəziyyətin səbəb ola bilməyəcəyini anlamalısınız. Buna saat qurşağının dəyişməsi, ətraf mühitdəki hər hansı dəyişiklik ola bilər”, - deyə o qeyd edib. pizza mizza

Mütəxəssis qeyd edib ki, orqanizm buna müxtəlif reaksiya verir, həmçinin müxtəlif xəstəliklərə oxşar simptomlar ortaya çıxa bilər.

"Stres əlamətləri soyuqdəyməyə bənzəyə bilər: tərləmə, sonra quru dəri yaranır. Eyni vəziyyət qrip başlayanda da baş verir. Çox vaxt konyunktivit (gözun selikli qişasının iltihabı-red) üçün xarakterik simptomları müşahidə edə bilərik. Qandakı şəkər şəkərli diabetdə olduğu kimi qəfil kəskin streslə arta bilər. Xroniki stresdə allergik təzahürlərin də olması mümkündür", - o deyib.

Stresin təzahürlərindən biri də bədənin hərarətinin artması zamanı ortaya çıxan termonevrozdur.

“Bu, bir növ travma nəticəsində termorequlyasiyanın pozulduğu zaman üzvi xəstəlik ola bilər - siqnallar beynin lazımi zonalarının arasından keçmir. (Report)

Digər variant xroniki stress fonunda, ən çox depressiya fonunda temperaturun daim yüksəlməsidir. Əgər hərarət termonevroz nəticəsində yüksəlibsə, o, bir qayda olaraq, 37,5 dərəcəni ötmür. Hərarət 38 dərəcədirsə, biz çətin ki, stress haqqında danışa bilərik, ehtimal ki, bu, hansısa iltihabdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!